Cari mövsümdə ilk məğlubiyyətin acısını daddılar - VİDEO

23 Noyabr 2021 01:10 İtaliya 425
Cari mövsümdə ilk məğlubiyyətin acısını daddılar - VİDEO

İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçında lider "Napoli" səfərdə "İnter"in qonağı olub.

Qarşılaşma Milan təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Bu, Neapol klubunun mövsüm ərzində ilk məğlubiyyəti olub.

Məğlubiyyətə rəğmən "Napoli" 32 xalla A Seriyasında turnir cədvəlinin lideridi. 28 xalı olan "İnter" isə 2-ci pillədədi.

"İnter" - "Napoli" 3:2

Qollar: Hakan Çalhanoğlu, 25 (pen), İvan Perişiç, 44, Lautaro Martines, 61 - Pyotr Zelinski, 17, Deris Mertens, 79

Digər Xəbərlər
Xəbər Lenti