“Heç kim inciməsin, onun çağırılması millinin problemlərinin həlli olmayacaq"

22 Noyabr 2021 12:40 İtaliya 1 040
“Heç kim inciməsin, onun çağırılması millinin problemlərinin həlli olmayacaq"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ölkəsi İtaliya mətbuatına növbəti dəfə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya yığmasının çıxışına münasibət bildirib.

De Byasi “Kalyari”nin braziliyalı yarımmüdafiəçisi Joao Pedronun “Skuadra Adzurra”ya çağırılma ehtimalını dəyərləndirib.

O, bu milliləşmənin son vaxtlar uğursuz nəticələr göstərən yığmanı vəziyyətdən çıxaracağına inanmır:

“Heç kim inciməsin, Pedronun çağırılması millinin problemlərinin həlli olmayacaq”.

Canni de Byazinin AFFA ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti