TƏHQİR OLUNDU: “Kişilik 10-cu dəqiqədə penalti vurmaq deyil” - VİDEO

10 Noyabr 2021 00:14 İtaliya 1 069
TƏHQİR OLUNDU: “Kişilik 10-cu dəqiqədə penalti vurmaq deyil” - VİDEO

“Milan”ın fanatları “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu təhqir ediblər.

Sportinfo.az xəbər verir ki, onlar futbolçunun ünvanına nalayiq sözlərin yazıldığı bannerlər hazırlayıblar.

Bannerlərin üzərində “Kişilik 10-cu dəqiqədə penalti vurmaq deyil, başında buynuz çıxaran həyat yoldaşınla birlikdə qalmaqdır”, “Nəcis insan” kimi ifadələr yazılıb.

“Milan”-“İnter” matçının 10-cu dəqiqəsində Çalhanoğlu keçmiş klubunun qapısına qol vurub və əllərini qulaqlarına qoyaraq “Milan”lı tərəfdarların olduğu tribunalara boylanıb.

Onu da bildirək ki, futbolçu 2018-ci ildə həyat yoldaşından ayrılıb. Lakin müəyyən müddət sonra cütlük yenidən bir araya gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti