"Biz də güclü olduğumuzu sübut etdik"

9 Noyabr 2021 10:00 İtaliya 368
"Biz də güclü olduğumuzu sübut etdik"

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 12-ci turunda “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Qələbə üçün çalışırdıq, amma olmadı. Rəqibin gücü hər kəsə bəllidir. “İnter” güclüdür və biz də güclü olduğumuzu sübut etdik.

“Milan” və “İnter”in start heyətində yer alan futbolçuların yaşlarındakı fərqə baxın.

Təcrübə qazanmaq və inamımızı artırmaq üçün vaxta ehtiyacımız var. A Seriyasının ən güclü komandaları ilə döyüşə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti