Tanınmış hücumçu ABŞ-dan təklif alıb - Amma Avropada qalmaq istəyir

3 Noyabr 2021 10:00 İtaliya 331
Tanınmış hücumçu ABŞ-dan təklif alıb - Amma Avropada qalmaq istəyir

“İnter”in HÜCUMçusu Aleksis Sançes MLS-dən təklif alıb.

Sportinfo.az xəbər verir ki, “İnter” rəhbərliyi qışda futbolçunu buraxmağa razılıq verib.

Amma Sançesin bu təklifdən imtina etdiyi bildirilir. 32 yaşlı hücumçu karyerasını Avropada davam etdirmək niyyətindədir.

Sançes “İnter”də ötən ilin sentyabrından çıxış edir. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

O, cari mövsümdə 6 oyunda meydana çıxıb, bir məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti