"Milan" "Roma"nı uddu, İbra 400-cü qolunu vurdu - VİDEO

1 Noyabr 2021 10:00 İtaliya 557
"Milan" "Roma"nı uddu, İbra 400-cü qolunu vurdu - VİDEO

İtaliya A Seriyasında XI turun mərkəzi görüşü "Roma" və "Milan" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 26-cı dəqiqədə Zlatan İbrahimoviç açıb. 40 yaşlı hücumçu cərimə zərbəsindən fərqlənərək, A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub.

58-ci dəqiqədə isə Frank Kessi penaltini dəqiq yerinə yetirib.

66-cı dəqiqədə "Milan"ın daha bir futbolçusu Teo Ernandes ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. "Roma" toplardan yalnız birinin əvəzini çıxa bilib. 90+3-cü dəqiqədə Stefan El-Şaravi fərqlənib.

Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Milan" 2-ci pillədə qalıb. Lider "Napoli" də eyni miqdarda xala malikdir. 19 xalı olan "Roma" isə 5-ci pilləyə enib.

Digər Xəbərlər
Xəbər Lenti