Mourinyo kimi “günah keçi”si etmək istəyir? – Menecerdən qəzəbli açıqlama

27 Oktyabr 2021 21:40 İtaliya 436
Mourinyo kimi “günah keçi”si etmək istəyir? – Menecerdən qəzəbli açıqlama

“Roma”nın futbolçusu Amadu Diavaranın agenti Daniel Piraino Joze Mourinyonu tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, Jozeni komandada gərginlik yaratmaqda ittiham edib.

İddia edib ki, Mourinyo Diavaranı “günah keçi”si kimi təqdim etmək istəyir:

“Onun ötürməyə çalışdığı mesajları anlamıram. Doğrudanmı, Diavaranı “günah keçisi” edir? O, səhvinə görə ağır cəzaya məruz qalmalıdır?

Yoxsa onun bu addımı klub rəhbərliyini transfer bazarında fəaliyyətə başlamağa məcbur etmək üçündür? Əgər belədirsə, onda Mourinyo klubda süni gərginlik yaradır.

Bu, izahedilməz davranışdır, amma Diavara bunun öhdəsindən gələcək. O, əsl peşəkardır”.

Diavara “Roma”da 2019-cu ildən çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti