"Tam gücündə olsan belə, onlardan topu almaq çətindir"

7 Oktyabr 2021 22:00 İtaliya 589
"Tam gücündə olsan belə, onlardan topu almaq çətindir"

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasının yarımfinalında İspaniyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Mançini 1:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Futbol belədir. Bəzən xırda detallar nəticəni həll edir. İlk hissədə hesab 1:1 ola bilərdi. İspaniya millisi texniki və taktiki cəhətdən yaxşı təşkilatlanıb.

Tam gücündə olsan belə, onlardan topu almaq çətindir. Buna görə də meydanda nələrin olduğunu təsəvvür edə bilərsiz.

Düşünürəm ki, futbolçularım bütün tapşırıqları yerinə yetirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti