"Biz bunu bacarmırıq" - Uğursuzluğun səbəbini söylədi 

20 Sentyabr 2021 12:20 İtaliya 1 065
"Biz bunu bacarmırıq" - Uğursuzluğun səbəbini söylədi 

“Yuventus”un müdafiəçisi Danilo “Milan”la qarşılaşmadan sonra (1:1) fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, komandanın uğursuz çıxışının səbəbləri haqda danışıb.

Danilo daha çox psixoloji yöndə problemlər yaşadıqlarını vurğulayıb: “Mən məşqçilərlə razıyam, biz böyük komanda olmalıyıq.

Çünki biz iştirak naminə yox, titul üçün oynayırıq. Daha soyuqqanlı olmalı, uğursuzluğun nədən yarandığını araşdırmağı bacarmalıyıq.

Hesab edirəm ki, əsas problemimiz fiziki yox, psixoloji anlamdadır. Elə məqamlar olur ki, nə pressinq edə bilirik, nə də komanda şəklində müdafiə olunmağı bacarırıq.

Məhz bu məqamlar üzərində işləməliyik. Yalnız buna ümid etməliyik – öz üzərimizdə işləməli və oyun keyfiyyətini yüksəltməliyik”.

“Yuventus” 4 oyundan sonra 2 xal toplayaraq 18-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti