“Heç nəyə fikir vermə“ - Azarkeşlər dəstək oldu, ağladı

20 Sentyabr 2021 12:00 İtaliya 906
“Heç nəyə fikir vermə“ - Azarkeşlər dəstək oldu, ağladı

“Latsio”nun qapıçısı Tomas Strakoşa “Kalyari” ilə qarşılaşmada emosional anlar yaşayıb.

Sportinfo.az xəbər verir ki, Starkoşa Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qalatasaray”la keçirilən oyunda kobud səhvə yol vermiş və komandası məğlub olmuşdu – 0:1.

“Kalyari ilə qarşılaşmada “Latsio” azarkeşləri ona dəstək nümayiş etdiriblər.

Fanatlar stadionda banner açıblar. Bannerdə “heç nəyə fikir vermə, irəli boylan” yazılıb. Azarkeşlərin dəstəyindən sonra Tomas emosiyalarına hakim ola bilməyib və ağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!