Azərbaycan yığmasının məşqçisi İtaliya klubunda

15 Sentyabr 2021 22:20 İtaliya 112 485
Azərbaycan yığmasının məşqçisi İtaliya klubunda

İtaliya A seriyasında çıxış edən “Kalyari”nin yeni baş məşqçisi Valter Matsarrinin köməkçisi müəyyənləşib.

Sportinfo.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, ona Azərbaycan millisinin məşqçisi Klaudio Belluççi kömək edəcək.

Xəbərdə bildirilib ki, Belluççini 1998-ci ildən tanıyan Matsarri onunla çalışmaq istəyini dilə gətirib və 46 yaşlı mütəxəssis köməkçi-məşqçi təyin olunub.

Matsarri 1998-ci ildə “Napoli”də qapıçı məşqçisi vəzifəsini icra etdiyi zaman Belluççi komandanın futbolçusu olub.

Eyni zamanda Canni de Byazinin köməkçisi olan Belluççininin Azərbaycan millisindən ayrılıb-ayrılmadığı barədə məlumat verilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!