"Futbolçulara deyəcək bir şeyim yoxdur" - Məğlubiyyətə şərh

12 Sentyabr 2021 21:40 İtaliya 1 140
"Futbolçulara deyəcək bir şeyim yoxdur" - Məğlubiyyətə şərh

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 3-cü turunda “Napoli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Alleqri, 1:2 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Müdafiədə düzgün oynadıq. Futbolçulara deyəcək bir şeyim yoxdur. Top itkilərimiz çox oldu. Çalışmağa davam etməliyik.

“Napoli” yaxşı oyun sərgilədi. Onları təbrik edirəm. Qarşıda Çempionlar Liqası matçımız var. Bu oyundan qələbə ilə qayıtmaq istəyirik”.

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində, sentyabrın 14-də səfərdə İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti