38 yaşı var, 1,8 milyon avro əməkhaqqı tələb edir

2 Sentyabr 2021 18:40 İtaliya 725
38 yaşı var, 1,8 milyon avro əməkhaqqı tələb edir

Frank Riberi karyerasını A seriyasında davam etdirə bilər.

Spotinfo.az xəbər verir ki, Rivberi ilə “Verona” maraqlanır.

Hətta bir neçə gün əvvəl məlumat yayıldı ki, tərəflər razılıq əldə ediblər.

Ən son məlumatda bildirilir ki, tərəflər maliyyə şərtlərində anlaşa bilmirlər. Riberi illik 1,8 milyon avro məvacib tələb edir. Klub isə bu məvacibi ödəmək iqtidarında deyil.

“Verona” rəhbərliyi Riberinin xidmətində maraqlıdır və ümid edirlər ki, futbolçu məvacib məsələsində güzəşt edəcək.

Azad agent statusunda olan Frank hazırda “Bavariya”nın düşərgəsində məşq edir.

Digər Xəbərlər
Xəbər Lenti