“Roma” Cengiz Ündərin transfer dəyərini müəyyənləşdirdi

22 İyun 12:00 İtaliya 482
“Roma” Cengiz Ündərin transfer dəyərini müəyyənləşdirdi

“Roma”nın futbolçusu Cengiz Ündər karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Bayer”, “Ayntraxt” (Frankfurt) və “Leyptsiq” yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Roma” Cengiz üçün 15 milyon avro tələb edir.

Paytaxt klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan yarımmüdafiəçi ötən mövsümü “Lester”də icarədə keçirib.

Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"