“Muradın hər bir uğuru bizim üçün şərəfdir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev deyib.
O, klubun yetirməsi, bu yay ”Pafos”la 4 illik müqavilə imzalayan Murad Məmmədovun perspektivindən danışıb.
Mütəxəssis Kipr klubuna yollanmış 20 yaşlı vinger haqda bunları söyləyib:
”Murad hazırda “Pafos”da yaxşı başlanğıc edib. Orada özünü daha da yaxşı göstərə bilər.
İnanıram ki, davamını gətirəcək. Əsas komandada qol vuranda ilk təbrik edənlərdən biri mən olmuşam.
İndi də onun “Pafos”dakı uğurlarına sevinirik”.
