"Qarabağ" Kiyev "Dinamo"sunu udsa, oyunçularına pul paylayacaqmı?

13:00 Qarabağ 196
"Qarabağ" Kiyev "Dinamo"sunu udsa, oyunçularına pul paylayacaqmı?

Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.

Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da üçüncü mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.

"Köhlən atilar" Ukrayna təmsilçisini mübarizədən kənarlaşdırarsa, mükafat almayacaq. Onlar yalnız liqa mərhələsinə vəsiqə qazanacaqları təqdirdə, iri məbləğdə vəsait əldə edəcəklər.

Klub rəhbərliyi bu konteksdə şərti şumda kəsib. Öncədən komanda üzvlərinə belə bir məlumat verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti