ABŞ millisinin hücumçusu ilə maraqlanır - “Qalatasaray”

13 Avqust 15:20 Türkiyə 372
ABŞ millisinin hücumçusu ilə maraqlanır - “Qalatasaray”

“Monako”nun hücumçusu Folarin Baloqun “Qalatasaray”ın transfer hədəfinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə çempionu bu yay “Monako”dan ayrılması gözlənilən 25 yaşlı futbolçu ilə maraqlanır.

Baloqunun daha əvvəl “Tottenhem”ə keçməyə razılıq verdiyi bildirilirdi.

Ancaq London klubu hələlik “Monako” ilə transferin şərtləri barədə razılığa gələ bilməyib.

ABŞ millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” onun dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi