Messi ölən atası haqda paylaşım etdi, Ronaldo şərh yazdı - FOTO

15:40 Hadisə 88
Messi ölən atası haqda paylaşım etdi, Ronaldo şərh yazdı - FOTO

Argentina millisinin ulduzu Lionel Messi bir neçə gün öncə vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb.

Messi fotonun üzərinə “te amo, pa” (sevirəm səni, ata) sözlərini yazıb.

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb:

“Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram”.

Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti