“Qalatasaray”ın təklifini qəbul etmir - Rusiya klubu

13 Avqust 21:20 Türkiyə 690
“Qalatasaray”ın təklifini qəbul etmir - Rusiya klubu

“Qalatasaray” Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferi üçün danışıqları davam etdirir.

Sportinfo.az “Fotomac”-a istinadən xəbər verir ki, İstanbul klubu 21 yaşlı futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır.

Ancaq “Qalatasaray” bu məbləği 2,5 il ərzində, beş bərabər hissə ilə ödəməyi təklif edib.

“Lokomotiv” isə bu şərtlərlə razılaşmayıb və ödənişin beş transla həyata keçirilməsini qəbul etməyib.

Bununla belə, tərəflər danışıqları davam etdirirlər. Klubların kompromis tapmağa çalışdığı bildirilir.

Daha əvvəl “Lokomotiv”in rusiyalı futbolçunu 28 milyon avroya satmağa hazır olduğu barədə məlumat yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!