Komandanın həkimi meydana daxil oldu və elə qaçdı ki... VİDEO

13 Avqust 10:00 Dünya futbolu 381
Komandanın həkimi meydana daxil oldu və elə qaçdı ki... VİDEO

Braziliya 3-cü Liqasında keçirilən “İtabaiana” – “Caxias” matçında gözlənilməz an yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma zamanı meydana daxil olan komanda həkiminin hərəkətləri oyunun özündən daha çox diqqət çəkib.

Matçda “Caxias” 2:0 hesabı ilə qalib gəlib. Lakin qarşılaşmanın yadda qalan məqamlarından biri ev sahibi komandanın həkiminin meydana daxil olduğu an olub.

Görüşün 36-cı dəqiqəsində “İtabaiana” futbolçularından biri zədələnib. Bundan sonra komanda həkimi tibbi çantası ilə birlikdə meydana daxil olaraq futbolçunun yanına doğru qaçıb. Onun qaçışı əfsanəvi atlet Useyn Boltla müqayisə olunub.

Həkimin yüksək sürətlə meydanı keçməsi və futbolçunun köməyinə çatmaq üçün göstərdiyi çeviklik tribunadakı azarkeşlərin diqqətindən yayınmayıb.

Bu anlar kameraya düşüb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi