“Sabah”ın qarşısına çıxa bilməyən baş məşqçi vəzifəsindən göndərildi

13 Avqust 02:50 Çempionlar Liqası 1 101
“Sabah”ın qarşısına çıxa bilməyən baş məşqçi vəzifəsindən göndərildi

Deyan Stankoviç "Srvena Zvezda"nın baş məşqçisi vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Serbiya klubu məlumat yayıb..

Stankoviçin vəzifəsindən öz istəyi ilə ayrıldığı bildirilib.

Beləliklə, 47 yaşlı mütəxəssisin Belqrad klubundakı ikinci dönəmi başa çatıb. Stankoviçin rəhbərliyi altında "Srvena Zvezda" 149 qələbə qazanıb, 26 heç-heçə edib və 20 dəfə məğlub olub.

"Srvena Zvezda" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Hapoel"ə (Ber-Şeva) iki oyunun nəticəsinə görə 0:3 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb.

Israil klubu isə pley-off mərhələsində “Sabah”a rəqib olub. Azərbaycan çempionu bu etapda “Orhus”u mübarizədən kənarlaşdırıb - 1:2 və 4:0.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM