Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) matçı üçün heyətlər açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində diqqətçəkən məqam var.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçda polşalı qapıçı Mateuş Koxalski bu mövsümdə ilk dəfə ehtiyat heyətdə yer alıb.
Bugünkü matçda qapını yeni transfer Martin Zlomisliç qoruyacaq.
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 5. Bruno Lanqa, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Ehtiyat oyunçular: 43. İliya Olxovyi, 10. Mikola Şaparenko, 14. Pavlo Lyusin, 16. Şola Oqundana, 18. Aleksandr Timçik, 22. Vladislav Kabayev, 23. Navin Maliş, 29. Vitali Buyalski, 66. Aliu Tyare, 91. Mikola Mixaylenko, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.
