“Qarabağ” üçün ən təhlükəli ssenari - Çox adam bunları bilmir

15:00 Qarabağ 145
“Qarabağ” üçün ən təhlükəli ssenari - Çox adam bunları bilmir

“Dinamo”nun 1:0 üstünlüyü onların oyun planını kifayət qədər aydın edir.

İqor Kostyukun komandası Bakıda mütləq yüksək pressinq etmək məcburiyyətində deyil.

Böyük ehtimalla 4-2-3-1 strukturundan çıxış edərək orta blokda daha kompakt yerləşəcək, “Qarabağ”ı cinahlara istiqamətləndirəcək və top itkisini gözləyəcək.

İlk görüşdən sonra Kostyuk xüsusi olaraq komandasının topu qazandıqdan sonra “Qarabağ”ın pressinqindən çıxmasını, top itkisi sonrası yenidən təşkilatlanmasını və pressinqi uğurlu məqamlar kimi vurğulayıb.

Bu, “Qarabağ” üçün ən təhlükəli ssenaridir: Bakı təmsilçisi hesabı tez bərabərləşdirmək istəyərkən iki mərkəz müdafiəçisinin qarşısındakı zona boş qala bilər.

Brazko-Rubçinski xətti burada çox vacibdir. Brazko həm ilk pası verə, həm də top qazanıldıqdan sonra bir toxunuşla hücumun istiqamətini dəyişə bilir.

Ponomarenko isə klassik olaraq yalnız cərimə meydançasında gözləyən hücumçu deyil - müdafiəçinin kor zonasına qaçış edir və xüsusilə top itkisi anında mərkəz müdafiəçiləri arasındakı boşluğu hiss edir. İlk oyundakı qol məhz belə gəldi.

Eyni zamanda Kiyev klubunun son çempionat oyunu müəyyən zəiflikləri də göstərdi.

“Dinamo” avqustun 9-da “Veres”i 2:1 məğlub etsə də, Kostyuk özü komandasının xüsusilə birinci hissədə çox sayda lazımsız top itkisi etdiyini və top itkisindən sonra vaxtında təşkilatlana bilmədiyini etiraf etdi.

Üstəlik, “Qarabağ”la oyundan fərqli olaraq həmin görüşdə start heyətində 8 dəyişiklik edilmişdi. Bu o deməkdir ki, “Dinamo” əsas futbolçularının bir hissəsini Bakı matçı üçün qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti