“Sökülüb-yığılan” klubdan 19-cu transfer, 2+1 illik kontrakt - FOTO

02:40 Hadisə 81
“Sökülüb-yığılan” klubdan 19-cu transfer, 2+1 illik kontrakt - FOTO

“Şəfa” növbəti transferini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə 2+1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, ölkəsində isə “Olimpik Markkua” və “Krua”nın formasını geyinib.

Diav "Şəfa"nın bu yay etdiyi 19-cu transfer olub.

Daha əvvəl Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev , Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko, Kristofer Mamengi, Felipe da Silva Rodrigez, Ayxan Əlizadə, Eltun Babazadə, Nurhan Abdıyev və Elmar Məmmədovu da heyətə cəlb edilib.

"Şəfa"nın 19-cu transferi fransalı oldu

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER