“Sabah”ın qazandığı böyük uğurdur, sevinməliyik” - VİDEO

07:40 Qarabağ 81
“Sabah”ın qazandığı böyük uğurdur, sevinməliyik” - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri cavab görüşündən danışıb.

Sportinfo.az xəbər verir ki, o, matça yaxşı hazırlaşdıqlarını bildirib.

“Əvvəlcə dünənki qələbə münasibətilə “Sabah”ı təbrik edirəm.

Çempionlar Liqasında da uğurlar arzulayıram. Böyük uğurdur, buna ancaq sevinməliyik.

Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün yaxşı vaxtımız oldu, səmərəli istifadə edə bildik.

0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər.

Qarşımızda yaxşı müdafiə olunan rəqib var, amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını əldə edəcəklər”, - Q.Qurbanov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab