Federasiya uzun illərdir maddi-texniki bazası olan məkandan çıxarıldı

13 Avqust 07:50 Həndbol 424
Federasiya uzun illərdir maddi-texniki bazası olan məkandan çıxarıldı

Azərbaycan Həndbol Federasiyası uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur.

Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.

Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.

Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib.

Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub.

Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM