“Dinamo”ya qalib gələn “Qarabağ” pley-off mərhələsinə yüksəldi!

13 Avqust 22:04 Qarabağ 740
“Dinamo”ya qalib gələn “Qarabağ” pley-off mərhələsinə  yüksəldi!

“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.

Spıortinfo.az xəbər verir ki, Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Ukrayna təmsilçisi ilə Polşada keçirilən ilk oyunda Azərbaycan komandası 0:1 hesablı məğlubiyyətə üzülmşdü.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda keçirilən cavab görüşündə inamlı hesabla qələbə qazanmaqla mərhələ adlayan tərəf olub.

20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) 2:0

Qollar: Jali Muaddib, 12, Aleksey Kaşuk, 68

Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun - 0:1

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 5. Bruno Lanqa, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Ehtiyat oyunçular: 43. İliya Olxovyi, 10. Mikola Şaparenko, 14. Pavlo Lyusin, 16. Şola Oqundana, 18. Aleksandr Timçik, 22. Vladislav Kabayev, 23. Navin Maliş, 29. Vitali Buyalski, 66. Aliu Tyare, 91. Mikola Mixaylenko, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi