“Sabah” qazandı, “Levski” Bolqarıstanı Azərbaycana yaxınlaşdırdı

“Sabah” qazandı, “Levski” Bolqarıstanı Azərbaycana yaxınlaşdırdı

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan da əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Buna “Sabah”ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarka “Orhus”unu evdə böyük hesabla yenməsi (4:0) şərait yaradıb.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.

Nəticədə cari mövsümdə qazanılan əmsal 2.875-ə yüksəlib. Bunun 1.250 əmsalı “Sabah”ın, 0.750-si “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.437-yə bərabərdir.

Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 20.437 əmsalı var.

Bolqarıstanın “Levski” komandası “Kayrat”a qalib gəlib, “ÇSKA 1948” isə “Panatinaikos”la əsas vaxtda heç-heçə edib. Bu nəticələrə görə bolqarlar 0.375 xal qazanıb.

Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Slovakiyanın ümumi qazancı isə 22,718-ə bərabərdir. Bu ölkənin yeganə təmsilçisi “Çelye” “Ararat”a qalib gəlib və 0.250 əmsalla ölkəyə fayda verib.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab