Yerli futbolçulardan qisas alan klub və məşqçilər kimlərdir?

Yerli futbolçulardan qisas alan klub və məşqçilər kimlərdir?

Legioner limiti olanda yerlilərə tələbat daha çox idi.

Dəyərindən artıq qiymət oxuyan yerlilər az deyildi.

Bəzi oyunçuların səviyyəsi ilə aldığı maaş arasında kəskin uçurum vardı.

Buna görə yerliləri qınayan yerli məşqçilər də az deyildi.

Ki, məsəli yaxşılardan iraq məscidin qapısı açıqdır sizə nə gəlib?

Legioner limitinin ləğvi edilməsində əsas məqsədlərdən biri məhz bu kimi halları aradan qaldırmaq idi.

Qismən mümkün oldu. Bəzi yerlilər kənarda qaldı, bəziləri maaşında endirimə getdi.

İndi də tam əks mənzərə ilə üz-üzəyik.

Yerlilərə tələbatın azalması məşqçilərin əlini gücləndirib.

Sanki qisas alırlar.

Əcnəbilərə kisənin ağzı rahatlıqla açılır.

Ən bərbadına gözüyumulu 8-10 min manat verilir.

Yerli futbolçulara isə dəyərindən çox-çox aşağı maaşlar təklif olunur.

Hansısa futbolçunun çarəsiz durumundan məharətlə istifadə olunur.

Məscidin qapısı açıqdır e, bəs insanın özünə nə gəlib?

Məsəli yaxşılardan iraq, dünən futbolçuları qınayanların bugünkü sui-istifadəsinə nə ad verək?

Təbii ki, hər iki halda qızıl ortanı tutmaq asan deyil.

Futbolçu da öz dəyərini bilməlidir, klub da öz imkanlarını.

Amma bir tərəf digərinin çarəsizliyindən istifadə etməməlidir.

Bunun üçün isə insanın vicdanla yanaşması, qarşısındakını başa düşməsi, ən əsası da bir anlıq özünü onun yerinə qoymağı bacarması lazımdır.

Əks halda 5 min manatlıq futbolçuya 1000 manat təklif etmək çox asan olur.

Bazar şərtləri dəyişə bilər, amma insanlıq heç vaxt dəyişməməlidir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti