İspaniyalının yerinə onu alıb gətirdi - Premyer Liqanın “zadəganlar”ı

13 Avqust 12:20 İngiltərə 330
İspaniyalının yerinə onu alıb gətirdi - Premyer Liqanın “zadəganlar”ı

İspaniyalı müdafiəçi Pep Çavariyanın “Çelsi”yə keçidi rəsmiləşib.

Sportinfo.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

“Rayo Valyekano”dan (İspaniya) transfer edilən cinah müdafiəçisi artıq komandanın Kobhemdəki təlim-məşq bazasında 2026/2027 mövsümünün hazırlıqlarına qoşulub.

Xüsusilə qeyd olunur ki, Çavariya bundan öncə “Real Madrid”ə transfer olunan Mark Kukurelyanı əvəzləmək üçün heyətə cəlb edilib.

Məlumat üçün bildirək ki, başa çatan 2025/2026 mövsümündə Çavariya İspaniya çempionatında 33 matçda meydana çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

O, həmçinin Konfrans Liqasında keçirdiyi 8 qarşılaşmada 1 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM