“Qarabağ”dan narahat olanlar izləsin... “Sportinfo TV”də CANLI YAYIM

19:00 Sportinfo TV 125
“Qarabağ”dan narahat olanlar izləsin... “Sportinfo TV”də CANLI YAYIM

Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev "Dinamo"sunu qonaq edəcək.

Səfərdə 0:1 məğlub olan Ağdam klubunun evdə vəziyyəti öz xeyrinə dəyişmək şansları varmı?

Qurban Qurbanov ilk oyunla müqayisədə hansı dəyişikliklərə getməlidir?

Təcrübəli mütəxəssis oyundan öncə futbolçularına hansı sərt mesajı verib?

Məşqçilər heyətini qayğılandıran problemlər hansılardı?

Saat 19:00-da diqqətiniz “Sportinfo TV”də olsun.

Xanoğlan İmanov aparıcısı olduğu "Avropa həftəsi" verilişində futbol blogeri Nurel Kərimlə bu və digər suallar ətrafında danışacaq.

"Sportinfo TV"də yayımlanan “Avropa həftəsi”nin son buraxılışında bu haqda danışılıb.

Xanoğlan İmanovun təqdimatında izləyicilərin görüşünə gələn verlişin qonağı tanınmış jurnalist Anar Xanlarov olub. Burada bildirilib ki, “Sabah”bütün Avropanı təəccübləndirməkdə davam edir.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti