Azərbaycan çempionu Buxarestə gedəcək - Pley-off oyunu üçün

13 Avqust 07:30 Sabah 578
Azərbaycan çempionu Buxarestə gedəcək - Pley-off oyunu üçün

UEFA Azərbaycan çempionu "Sabah" və İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb.

Sportinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

“Sabah” Avrokuboklarda ikinci stadion kimi Tofiq Bəhramov adına Respublika stadionunu qeyd edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı yaxın günlərdə daha ətraflı və dəqiq məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi