Premyer Liqaya yeni qoşulan klub transferlərdən doymur - Bu dəfə braziliyalı hücumçu gəldi

02:30 Hadisə 87
Premyer Liqaya yeni qoşulan klub transferlərdən doymur - Bu dəfə braziliyalı hücumçu gəldi

“Şəfa” növbəti transferini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigez ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib.

Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.

"Şəfa" bu yay Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”​​​​​​, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko (son klubu "Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Ayxan Əlizadə ("Araz-Naxçıvan"), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev və Elmar Məmmədovu (Hər ikisi "Zirə") da heyətinə cəlb edib.

"Şəfa" braziliyalı hücumçu transfer etdi

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR