“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders Səudiyyə Ərəbistanı klubunun diqqətini çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından “Əl-Qadisiya” niderlandlı üçün 60 milyon avro təklif göndərib.
Daha əvvəl Reyndersin “Nottingem Forest”ə keçə biləcəyi barədə xəbərlər yayılmışdı.
“Mançester Siti”nin isə 27 yaşlı yarımmüdafiəçini 55 milyon funt-sterlinq (təxminən 64 milyon avro) məbləğində qiymətləndirdiyi bildirilirdi.
Reynders ötən mövsüm Premyer Liqada 28 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
