Dünya çempionatında iştirak edəcək yeniyetmələrlə toplantı keçirildi

13 Avqust 04:50 Cüdo 296
Dünya çempionatında iştirak edəcək yeniyetmələrlə toplantı keçirildi

Dünya çempionatında iştirak edəcək yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Toplantıda ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçilər heyəti iştirak edib.

Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib.

Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.

Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM