Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatıldı

13 Avqust 04:30 Cüdo 268
Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatıldı

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Sportinfo.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.

Müxtəlif ölkələrdən yüksək səviyyəli cüdoçuların iştirak etdiyi düşərgə intensiv məşqlər və randori sessiyalarından ibarətdir.

Toplanış milli komandanın üzvləri üçün beynəlxalq səviyyəli rəqiblərlə birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Papendaldakı Olimpiya Təlim Düşərgəsi avqustun 14-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM