Bakı metrosu bu gecə gücləndirilmiş rejimdə işləyəcək - “Qarabağ”a görə

13 Avqust 14:20 Gündəm 388
Bakı metrosu bu gecə gücləndirilmiş rejimdə işləyəcək - “Qarabağ”a görə

“Qarabağ”ın Konfrans Liqası çərçivəsində avqustun 13-də "Dinamo"ya qarşı keçirəcəyi oyunla əlaqədar Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.

Sportinfo.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Matç bu gün saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi