Məşqçiyə cavab qaytaran hücumçu komandadan QOVULDU!

09:40 Kəpəz 156
Məşqçiyə cavab qaytaran hücumçu komandadan QOVULDU!

«Karvan» iyulun sonunda birillik müqavilə bağladığı Aqil Nəsibovla vidalaşıb.

Buna səbəb «Mingəçevir»dən gəlmiş hücumçunun idmançıya yaraşmayan hərəkətə yol verməsidir.

Belə ki, o, «Kəpəz»lə Gəncədə keçirilən yoxlama görüşünün (1:2) gedişində həddini aşıb. Hücumçu ona irad tutan məşqçilərdən birinə cavab qaytarıb.

Baş məşqçi Ramiz Məmmədov bu hərəkətinə görə onu bağışlamayıb. Forvardla kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib və səbəbkar «Şahdağ»a yollanıb.

Yevlax təmsilçisi ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Növbəti sezonda isə «sarvanlar» I Liqada çıxış edəcək və hədəf yenidən elitaya dönmək olacaq.

R.Məmmədovu sükan arxasına gətirən «Karvan» rəhbərliyinin ondan tək istəyi budur.

Yeni çalışdırıcı bunu nəzərə alaraq, düşərgədə xeyli islahat aparıb - 10-dan artıq oyunçu yola salınıb, bir o qədəri komandaya cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!