"Dinamo"nun çalışdırıcısı Bakıdakı məğlubiyyətə necə don geyindirdi?

00:10 Hadisə 95
"Dinamo"nun çalışdırıcısı Bakıdakı məğlubiyyətə necə don geyindirdi?

"Qarabağ" Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev "Dinamo"sunu qəbul edib.

Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Qarabağ" Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, "Dinamo"nun baş məşqçisi İqor Kostyuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" nəyi dəyişdi ki, nəticə fəqli oldu?

- "Qarabağ" bütün imkanlardan maksimum yararlandı.

- Marko Yankoviçin səhvindən sonra komandanızın futbolçusu əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiniz...

- İkinci hissə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik.

- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiniz. Bu, "Qarabağ"ın hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variantınız yox idi?

- Komanda ilk dəqiqələrdə daha çox aqressiv oynayırdı. Topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER