“Qarabağ” daha iki transfer edəcək - Prezidentdən YENİ AÇIQLAMALAR

01:00 Qarabağ 224
“Qarabağ” daha iki transfer edəcək - Prezidentdən YENİ AÇIQLAMALAR

"Qarabağ"ın prezidenti Tahir Gözel komandasının Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Kiyev "Dinamo"suna qalib gələrək pley-offa adlaması haqda danışıb.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cavab oyunundakı 2:0 hesablı üstünlük sayəsində növbəti mərhələyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, T.Gözel əvvəlcə matçı şərh edib və daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bəli, möhtəşəm bir oyun keçdi. Fürsətlərimiz də çox idi, bir neçəsini dəyərləndirə bildik. “Dinamo” çox böyük, dünyada tanınmış bir komandadır. SSRİ dövründə 13 dəfə çempion olublar. Çox arzulayırdım ki, qələbə qazanaq. Şükürlər olsun, bacardıq. Çox sevincliyəm".

O, komandanın tam formalaşması üçün vaxta ehtiyac olduğunu deyib: “Keçən dəfə mən arzuladığımı bir daha təkrar edirəm. Siz də görürsünüz ki, “Qarabağ” hər oyunda daha da güclənir. Hətta dəqiqələr belə fərq yaradır. Bu komanda möhtəşəm komandadır. Mükəmməl bir heyət yığılıb. Bir az vaxt lazımdır. Bir neçə oyun... Ondan sonrakı oyunlarda daha çox inamlı bir komanda görəcəyik".

Tahir Gözel daha iki yeni oyunçuya ehiyac olduğunu bildirib: "Hesab edirəm ki, hələ də çatışmazlıqlar var. Yenə də axtarışdayıq. İki futbolçuya ehtiyacımız var. Biz çox iddialıyıq. Tam rəhbərlik dəstəyi var. Hər şey Qurban hocanın fikrindən asılıdır. Amma tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var".

O, "Ötən mövsüm "Qarabağ" Çempionlar Liqasında oynayanda bu barədə söhbətimiz olmuşdu ki, komanda Konfrans Liqasında mübarizə aparsa, ən az finala qədər irəliləyər" fikrinə münasibət bildirib: "İnşallah. Mən bu komandaya həqiqətən inanıram. Bugünkü “Qarabağ”ın oyununa, keyfiyyətinə baxdınızmı? Bu artıq doğrudan da Avropa səviyyəsində bir oyundur. Bizə zaman lazımdır. İki-üç oyun keçəndən sonra hər şey tamamlanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER