Ölkəmizin Yaponiyadakı səfiri millinin üzvləri ilə görüşdü

13 Avqust 04:40 Digər növlər 430
Ölkəmizin Yaponiyadakı səfiri millinin üzvləri ilə görüşdü

Azərbaycanin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov bu ölkədə təlim-məşq toplanışında olan Azərbaycanın sumo millisini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, yığma üzvləri Asahi Qaoka sumo məktəbi və Yaponiyanin ən böyük universiteti olan Nihon Daigakuda (Japan University) hazırlıq prosesində iştirak ediblər.

Fərid Talıbov komandanın məşq prosesini ziyarət edib.

O, hazırlıq prosesi ilə yaxından tanış olub və oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatında milli komandaya uğurlar arzulayıb və yarışda yüksək nəticə qazanacaqlarına inandığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti