AFFA-dan mühüm yenilik - “Clear Line” layihəsinə qoşulduq

13 Avqust 03:10 Hadisə 333
AFFA-dan mühüm yenilik - “Clear Line” layihəsinə qoşulduq

Avropa futbolunda hakim qərarları ilə bağlı mühüm yenilik olan “Clear Line” layihəsi istifadəyə verilib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası platformanı dəstəkləyən 55 milli assosiasiyanın sırasına daxil olub.

Platformanın məqsədi milli və klub səviyyəsində qərar qəbuletmə prosesini daha anlaşılan, ardıcıl və şəffaf etməkdir.

UEFA-ya üzv olan bütün milli assosiasiyaların hakimlik qurumlarının rəhbərləri “Clear Line” platformasını hakim qərarlarının və VAR müdaxilələrinin vahid və ardıcıl şəkildə tətbiqi üçün etalon baza kimi təsdiqləyiblər.

“Clear Line” hakimliklə bağlı 150-dən çox epizodu əhatə edir.

UEFA-nın bayrağı altında keçirilən yarışlara şamil edilən qaydalarla bu linkə keçid edərək tanış ola bilərsiniz.

UEFA-nın rəsmi saytında isə “Clear Line” bölməsinə buradan keçid edə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi