Zəhranın qolu kifayət etmədi, millimiz Qazaxıstana uduzdu

13 Avqust 03:00 Qadın futbolu 482
Zəhranın qolu kifayət etmədi, millimiz Qazaxıstana uduzdu

15 yaşadək qızlardan ibarət Azərbaycan komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.

U-15 növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM