Ronaldo klubunu dəyişmək istəyir, ancaq…

15 İyun 2021 12:00 İtaliya 1 096
Ronaldo klubunu dəyişmək istəyir, ancaq…

“Yuventus”un ulduzu Kriştiano Ronaldo yayda klubunu dəyişmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Avropanın bir neçə klubu portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ronaldo ilə maraqlanan klublar onun “Yuventus”da qazandığı maaşı vermək istəmir. 36 yaşlı hücumçu Turin təmsilçisində illik 30 milyon avro qazanır.

Ronaldo maaşının azaldılmasına razı olsa, artıq onunla maraqlanan klublar rəsmi təkliflə “Yuventus”a müraciət edə bilər.

Ronaldonun adı İngiltərənin “Mançester Yunayted” klubu ilə hallanır. Onun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu