Milliyə çağırılacaq 35 futbolçu peyvənd olunacaq

1 May 2021 23:20 İtaliya 1 178
Milliyə çağırılacaq 35 futbolçu peyvənd olunacaq

İtaliya millisinin futbolçuları AVRO-2020 öncəsi koronavirusa qarşı peyvənd olunacaq.

Sportinfo.az xəbər verir ki, “Skuadra Adzurra”nın baş məşqçisi Roberto Mançini tezliklə turnir üçün nəzərdə tutulan 35 oyunçudan ibarət genişləndirilmiş heyəti açıqlayacaq.

Onların hamısının peyvənd olunması qərara alınıb. İtalyanlardan əvvəl Rusiya millisinin futbolçuları barədə eyni addımın atılması qərara alınıb.

İtaliya yığması 11 iyun – 11 iyul tarixlərində keçiriləcək AVRO-2020-də Türkiyə, İsveçrə və Uelslə eyni qrupda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti