Ronaldo oynamadı, "Atalanta" "Yuventus"u udub keçdi - VİDEO

19 Aprel 2021 01:38 İtaliya 3 442
Ronaldo oynamadı, "Atalanta" "Yuventus"u udub keçdi - VİDEO

İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşlərindən biri "Atalanta" və "Yuventus" komandaları arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Berqamo şəhərindəki "Geviss" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 87-ci dəqiqədə ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski vurub.

Bu görüşdə Kriştianu Ronaldo zədəli olduğu üçün "Yuventus"a kömək edə bilməyib.

A Seriyasında turnir cədvəlinə 75 xalla "İnter" başçılıq edir. "Milan" 66 xalla 2-ci, "Atalanta" 62 xalla 3-cü, "Atalanta" 64 xalla 3-cü, "Yuventus" 62 xalla 4-cüdür.

"Atalanta" - "Yuventus" - 1:0

Qol: Ruslan Malinovski, 87

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"