
Azərbaycan millisinin yeni baş məşqçisi dünən bəlli oldu.
Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında qəbul edilib.
Baş məşqçi postuna Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Milli assosiasiyanın yaydığı açıqlamada müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub:
“Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən, Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub”.
Gözlənildiyi kimi, bu təyinat ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. AFFA rəhbərliyinə yönəlik narazılıq dolu mesajar ötürüldü: istər mediada, istərsə də sosial şəbəkələrdə.
Çünki yeni yönətimin yaşlı, son illər kifayət qədər uğursuzluqoar yaşayan və tükənmiş məşqçilər kateqoriyasına aid edilən portuqaliyalı ilə işbirliyinə getməsi az inandırıcı idi.
Baxmayaraq ki, Santuşun adı hələ 2-3 il öncə millimizlə yanaşı hallanırdı.
Maraqlıdır ki, həmin vaxt AFFA-ya rəhbərlik edən şəxslər Canni De Byazi ilə əməkdaşlığa üstünlük verdiyi halda, onlardan sonra vəzifə başına gələnlərə onu sırımağa özlərində güc tapıb. Bu, həqiqətən belədir: qətiyyən şəkk-şübhəniz olmasın.
Santuşun təyinatı Rövşən Nəcəfin təşəbbüsü deyil. Aprelin-də federasiyanın prezidenti seçilmiş R.Nəcəf azır məqama kimi başqa namizədin üzərində dayanıb.
O, Vladimir Vayssın gəlişini istəyib. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevi bu məqsədlə Slovakiyaya da yollayıb.
Santuş variantı son anda həyata vəsiqə qazanıb. Bu işdə Elxan Məmmədovun da əli var.
Kim 2022-ci ilin mayında AFFA-nın icraçı vitse-prezidenti və baş katibi postunu FİFA-nın Paris ofisinə dəyişən sabiq funksionerin bura təsirinin azalmasını düşünürsə, böyük səhv edir.
Məmmədov günü bu gün də federasiyanın iş həyatına müdaxilə imkanlarını özündə saxlayır. Niyə də saxlamasın, onun ən böyük dayağı olan Elşad Nəsirov yeni idarə aparatında da yer almaqdadır.
2004-cü ildən olduğu kimi, vitse-prezident vəzifəsini tutmaqdadır. AFFA prezidenti Santuşu bu ikilinin məsləhət və təzyiqi ilə milliyə gətirib.
Cütlük daha yuxarı instansiyalar vasitəsilə ona namizədlərini qəbul etdirib.
SPORTİNFO.AZ