Kriştiano Roanldonun “Yuventus”dan ayrılacağı ilə bağlı xəbərlər mətbuatda müzakirə olunur.
Sportinfo.az xəbər verir ki, Ronaldonun yayda “Yuventus”u tərk etmə ehtimalı yüksək qiymətləndirilir.
Hətta Turin nəhənginin onun gedişini real olduğunu nəzərə alıb, Kriştianoya əvəzləyici axtardığı da bildirilir.
Bildirilir ki, Jorj Mendeşə yeni klub axtarması ilə bağlı göstəriş verib. Ronaldonun 3 variantının olduğu deyilir – “Mançester Yunayted”, PSJ və “Real”.
Bütün bu amilləri nəzərə alan “Yuventus” Ronaldonun gedişinə hazırlaşır. Turin nəhəngi gözünü Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holanda dikib.
“Yuve” 20 yaşlı norveçlini əldə etmək üçün iki Mançester nəhəngi və “Çelsi” ilə mübarizədən qalib ayrılmalıdır.

