Məşhur italyan mütəxəssis Marçello Lippi yenidən “Napoli”də işləmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə Lippinin oğlu və agenti David məlumat verib.
O, atasının “Napoli”də idman direktoru kimi çalışmaq niyyətinin olduğunu bildirib. Amma qeyd edib ki, bununla bağlı konkret təklif almayıblar:
“O, belə bir təklifdən imtina etməyəcək. Əgər təklif alsaq, onu dəyərləndirəcəyik. Amma hazırda bun unla bağlı konkret təklif yoxdur. Biz “Napoli” rəsmiləri ilə müzakirə aparmamışıq”.
Marçello Lippi 1993/94-cü illərdə “Napoli”nin baş məşqçisi olub. Onun sonuncu iş yeri Çin yığması olub. 72 yaşlı mütəxəssis ötən ilin oktyabrında məşqçilik karyerasını bitirdiyini bildirib.

