"Milan" Zlatan İbrahimoviçlə müqaviləni uzadacaq.
Sportinfo.az xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəliblər.
Yaxın günlərdə yeni sözləşmənin rəsmən açıqlanacağı gözlənilir. 39 yaşlı hücumçunun klubu ilə 2021-2022 mövsümünün sonuna qədər sözləşmə imzalayacağı bildirilib. Onun hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.
Yeni sözləşməyə əsasən, isveçli forvardın ilinə 7 milyon avro qazanacağı qeyd olunub.
Bu mövsüm A seriyasında 14 oyuna çıxan İbrahimoviç 14 qol vurub, 1 məhsuldar ötürmə edib.

